akademi.az

Just another WordPress.com site

“Turkiyede Tehsil” Kateqoriyası üçün arxiv

Bu il Azərbaycandan Türkiyəyə tələbə axını baş verib

AKADEMI.AZ təhsil blogu Telebe.Az-a istinadən xəbər verir ki, 150 azərbaycanlı gənc dövlət, 2500 nəfər özəl xətlə qardaş ölkədə oxumağa gedib.
2011-ci ildə Azərbaycandan 150 tələbə Türkiyəyə oxumağa gedib. Onlardan 48-i bakalavr, digər 102 tələbə isə magistr və doktorantura pilləsində təhsil alacaq. Bu sadəcə Türkiyənin dövlət olaraq öz hesabına oxutduğu-burs verdiyi tələbələrdir. Bu sözləri Modern.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu deyib. H.Koyunçuoğlu eyni zamanda bildirib ki, təxminən 2000-2500 tələbə isə öz imkanları hesabına Türkiyədə təhsil almağa gedib. “Bu say gedikcə artır. Bu da onun göstəricisidir ki, Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə tələbələr böyük bir körpüdür. Tələbələr daim Türkiyəyə axın edir və orda təhsil alırlar. Biz də əlimizdən gəlidiyi qədər, bütün imkanlarımızı bu uşaqların ora getməsi üçün istifadə edirik”. Halis Koyunçuoğlunun sözlərinə görə, Azərbaycandan dövlət xətti ilə gedən tələbələrin çoxu tibb və mühəndislik təhsili üçün göndərilir. “Bizim məqsədimiz Azərbaycanın hansı sahədə kadra ehtiyacı varsa, o sahəyə yönləndirməkdir. Beləcə o tələbə qayıtdıqdan sonra Azərbaycanın inkişafında rolu olur”. H.Koyunçuoğlu eyni zamanda qeyd edib ki, azərbaycanlı tələbələr Türkiyədə yataqxana ilə də təmin olunurlar. “Türkiyənin yataqxana imkanları çox yaxşıdır. Bu sahədə tələbələrə ciddi köməkliklər edilir. Hətta bir çox universitet Azərbaycandan gedən tələbələrə üstünlük verir və onları daha əvvəl yerləşdirirlər”.

Türkiyənin ən reytinqli universitetləri (SİYAHI)

Akademi.Az Azərbaycan media məkanında ilk dəfə Türk universitetlərinin  reytinq sıralamasını təqdim edir. Siyahıdakı Universitetlər haqqında Akademi.Az oxucularına daha geniş məlumatlar vermək məqsədilə keçidlər yerləşdirilmişdir. Belə ki, siyahıda olan istənilən universitetin üzərində klik etdiyiniz an, həmin universitet haqqında məlumat səhifəsi açılacaqdır.

QS World University Rankings-in reytinq araşdırmasına görə Türkiyənin ən reytinqli universitetləri:

  1. Bilkent Üniversitesi
  2. Sabancı Üniversitesi
  3. İstanbul Üniversitesi
  4. Koç Üniversitesi
  5. İstanbul Teknik Üniversitesi
  6. Çukurova Üniversitesi
  7. Hacettepe Üniversitesi

 

QS World University Rankings-in reytinq araşdırmasına görə Mühəndislik və Texnologiya ixtisaslatı üzrə Türkiyənin ən reytinqli universitetləri:

  1. İstanbul Teknik Üniversitesi
  2. Orta Doğu Teknik Üniversitesi
  3. Bilkent Üniversitesi
  4. Boğaziçi Üniversitesi
  5. Sabancı Üniversitesi
  6. İstanbul Üniversitesi
  7. Çukurova Üniversitesi

The World University Rankings-in araşdırmasına görə Türkiyənin ən reytinqli 4 universiteti:

  1. Bilkent Üniversitesi
  2. İstanbul Teknik Üniversitesi
  3. Orta Doğu Teknik Üniversitesi
  4. Boğaziçi Üniversitesi

 

Yazı Naviqasiyası

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.