akademi.az

Just another WordPress.com site

Bu il Azərbaycandan Türkiyəyə tələbə axını baş verib

AKADEMI.AZ təhsil blogu Telebe.Az-a istinadən xəbər verir ki, 150 azərbaycanlı gənc dövlət, 2500 nəfər özəl xətlə qardaş ölkədə oxumağa gedib.
2011-ci ildə Azərbaycandan 150 tələbə Türkiyəyə oxumağa gedib. Onlardan 48-i bakalavr, digər 102 tələbə isə magistr və doktorantura pilləsində təhsil alacaq. Bu sadəcə Türkiyənin dövlət olaraq öz hesabına oxutduğu-burs verdiyi tələbələrdir. Bu sözləri Modern.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu deyib. H.Koyunçuoğlu eyni zamanda bildirib ki, təxminən 2000-2500 tələbə isə öz imkanları hesabına Türkiyədə təhsil almağa gedib. “Bu say gedikcə artır. Bu da onun göstəricisidir ki, Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə tələbələr böyük bir körpüdür. Tələbələr daim Türkiyəyə axın edir və orda təhsil alırlar. Biz də əlimizdən gəlidiyi qədər, bütün imkanlarımızı bu uşaqların ora getməsi üçün istifadə edirik”. Halis Koyunçuoğlunun sözlərinə görə, Azərbaycandan dövlət xətti ilə gedən tələbələrin çoxu tibb və mühəndislik təhsili üçün göndərilir. “Bizim məqsədimiz Azərbaycanın hansı sahədə kadra ehtiyacı varsa, o sahəyə yönləndirməkdir. Beləcə o tələbə qayıtdıqdan sonra Azərbaycanın inkişafında rolu olur”. H.Koyunçuoğlu eyni zamanda qeyd edib ki, azərbaycanlı tələbələr Türkiyədə yataqxana ilə də təmin olunurlar. “Türkiyənin yataqxana imkanları çox yaxşıdır. Bu sahədə tələbələrə ciddi köməkliklər edilir. Hətta bir çox universitet Azərbaycandan gedən tələbələrə üstünlük verir və onları daha əvvəl yerləşdirirlər”.

Vahid Yazı Naviqasiyası

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: