akademi.az

Just another WordPress.com site

AKADEMİ TƏHSİL MƏRKƏZİ-nin təşkilatçılığı ilə Xəzər Universitetində tələbələrə karyera seminarı keçiriləcək

Akademi Təhsil Mərkəzi gənclərə uğurlu karyera qurmaqda dəstək olmaq məqsədilə “Akademi karyera seminarı” layihəsinə start verir.

İlk seminar 26 oktyabrda Xəzər Universitetində olacaq. Məruzəçilər Day.Az Media Şirkətinin direktor müavini Sevda Həmidova, televiziyadakı fəaliyyəti ilə yanaşı, uğurlu biznes karyerasına start vermiş teleaparıcı və biznesmen İlkin Həsəni, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və “Modern Marketing Group” Şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri Yusif Vəliyevdir.

Seminarın adıçəkilən qonaqları, gənc olmalarına baxmayaraq, jurnalistikada, televiziya sektorunda, biznes və başqa fəaliyyət sahələrində uzun illərin təcrübəsinə sahib, peşəkar şəkildə karyeralarını qurmuş şəxslərdir. Məruzəçilər uğurlu biznes və karyera qurulmasına dair fikir və təcrübələrini tələbələrlə bölüşəcəklər.
Xəzər Universitetinin bütün tələbələri tədbirdə iştiraka dəvət edilirlər. Görüş 26 oktyabr saat 12:00-da Xəzər Universitetinin konfrans zalında keçiriləcək.
Akademi karyera seminarını internet vasitəsilə də izləmək mümkün olacaq. Belə ki, sözügedən tədbir www.telebe.az saytı tərəfindən canlı yayımlanacaq.

Vahid Yazı Naviqasiyası

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: