akademi.az

Just another WordPress.com site

AKADEMİ KARYERA SEMİNARI layihəsinə start verildi.

Akademi Təhsil Mərkəzi gənclərə uğurlu karyera qurmaqda dəstək olmaq məqsədi ilə ”Akademi karyera seminarı” layihəsinə start verdi.

26 oktyabr tarixində Xəzər Universitetində baş tutan seminarın məruzəçiləri Day.Az Media Şirkətinin direktor müavini Sevda Həmidova, televiziyadakı fəaliyyəti ilə yanaşı, biznes karyerasına start vermiş teleaparıcı və biznesmen İlkin Həsəni, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və “Modern Marketing Group” Şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri Yusif Vəliyev oldu.
Tədbirdə media sahəsi, televiziya, marketinq, idarəetmə, özəl biznes və digər fəaliyyət istiqamətlərinə dair maraqlı və gərəkli açıqlamalar verildi.

Seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Çıxışlara diqqətlə qulaq
asan tələbələr sonda məruzəçilərə suallarını verərək uğurlu karyera qurmaq
haqqında ətraflı məsləhətlər aldılar. Disskusiyalar zamanı yeni vakansiyalarla
bağlı məlumatlar da tələbələrin diqqətinə çatdırıldı.

“Akademi karyera seminarı” layihəsinin təşkilatçısı Akademi Təhsil Mərkəzinin PR və PRESS meneceri Nuranə Ağayeva bildirdi ki, ilk olaraq Xəzər Universitetində təqdim olunan seminar davamlı şəkildə Azərbaycanın bütün nüfuzlu universitetlərində keçiriləcək. Məqsədi gənclərə istər təhsil, istərsə də gələcək fəaliyyəti ilə bağlı töhvə vermək olan Akademi Təhsil Mərkəzi bu kimi layihələrlə Azərbaycan gənclərinə faydalı olacaq tədbirlərini davam etdirəcək.

Tədbirin videosuna baxmaq istəyirsinizsə bu linkə daxil olun http://www.youtube.com/watch?v=x822Zh03NHE

Vahid Yazı Naviqasiyası

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: